Göyçayda regional "Qol güləşi"yarışı keçirilib.-FOTO

 Göyçayda 26 iyun Milli ordunun yaranma günü münasibəti ilə böyüklər arasında regionl qol güləşi (armreslinq) yаrışı baş tutub.
 Şəffaflıq.az bildirir ki, əvvəlcə torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Silahlı Qüvvələrinin yaranmasına həsr olunmuş kompazisiya nümayiş olunaraq,Azərbaycan əsgərindən bəhs edən şeirlər səslənib. Səfərbərlik və Hərbi xidmətə cağrış üzrə Dövlət xidmətinin Göyçay rayon şöbəsinin nümayəndəsi leytenat Sadiq Yusifov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdan ibarət olduğunu bildirdi. S.Yusifov çıxışında ordunun tərkibinin Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından, Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab ediliməsindən danışdı. Bildirildi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunun yaratmasına hüquqi əsas verib. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.S. Yusifov müasir Azərbaycan ordusu 1993-cü ilin sonlarında yaradılıb. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib və hər il Azərbaycan xalqı bunu bayram edildiyini vurğuladı.Keçirilən regional yarışda Gəncə, Beyləqan, Salyan, İmişli, Ağsu, Yevalax, Ucar, Ağdaş, İsmayıllı, Qobustan, Zərdab, Kürdəmir və Göyçay ümumilikdə 38 idmançı iştirak ediblər. 60,70,80,100 kq çəkidə olan idmançı qələbə uğrunda mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 60 kq çəkidə 1 ci yer Əli Kərimov, 2 ci yer Şamo Əhmədov, 3 cü yer Rəhim Şirinov, 70 kq çəkidə 1 ci yer Nəsib Kamalzadə, 2 ci yer Rövşən Xəlilov, 3 cü yer Turan Səfərli, 80 kq çəkidə Cəlal Hüseynov, 2 ci yer Musayev Eldəniz, 3 cü yer Cahandar Hüseyinli, 100 kq çəkidə 1 ci yer Kamil Məmmədli, 2 ci yer Məhəmməd Rəsulov, 3 cü yer İslaməli Məmmədov, 100 kq çəkidə qalib oldular.
Davud Tarverdiyev
Göyçay
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}