Göyçayda 50 ildən sonra yenidən doğma məktəbdə məzunlarla görüş keçirilib.-FOTO

 Göyçay şəhər 2 saylı tam orta məktəbi 1969-cu ildə bitirən məzunların iştirakı ilə təşkil olunan görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
 Şəffaflıq.aza verilən məlumata əsasən əvvəlcə qonaqlar məktəbin məzunu olmuş şəhid Elton Əkbərovun büstü önündə xatirəsini ehtiramla yad edərək, məzarları önünə əklil qoyublar.Tədbirin keçirilməsinin əsas məqsədi məzunlarla əlaqələri genişləndirmək, bu şəxslərin nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, məktəbə maraqlarını daha da artırmaq və məktəbin ictimai həyatında daha fəal iştirakını təmin etməkdir. Bu günkü görüşdə Fərhad Əhmədov, Ramiz Cəfərov, Yaşar Əhmədov,Nailə Əhmədova, Yaqub Məmmədova, Fikrət İsmayilov, Əlhadı İsgəndərov, Elşad İmanov, Asif Seyidov, Ehtiram Zamanov, Rafiq Kərimov, Afaq Mustafayeva məzunlar arasında idi. Məktəbin direktoru Fatma Həmidova şıxış edərək qeyd etdi ki,təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. O, məktəbi əlli il əvvəl bitirənlər arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib.Direktor çıxışında təhsil ocağında müəllim sayı 76 nəfər, sagird 500 nəfər əlaçı məzunlar Mətin Həmzeyev,Vəfa Xəllilova, Fatimə Əsgərova, Könül Dadaşova,Ceyran Abdullayeva ve.s vurğuladı.Sonra çıxış edən Aznar şirkətinin rəhbəri, xeyriyəçi, iş adamı, sahibkar və 2 saylı məktəbin məzunu olan Fərhad Əhmədov, rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov, İcra Hakimiyyətinin rəsmisi Eldəniz Məmmədov, RTŞ-ın müdir müavini Rahib Burcəliyev, Ramiz Mikayılov, Naibə Əhmədova çıxış edərək gələcəyimiz olan şagirdlərə dərslərində uğurlar arzuladılar. Onların boya başa çatmasında, biliklərə yiyələnməsində zəhməti olan müəllimlərə və bu günkü tədbirin təşkilinə görə öz təşəkkürlərini bildirdilər. Sonra bu təhsil ocağını əlli il əvvəl bitirən məzunların arxiv şəkillərindən ibarət albom və güşələrlə tanış oldular.
  50 il əvvəl ilk dəfə dərs keçdikləri sinif otağında hər kəs öz yerində əyləşdi. Məzunlar məktəblə bağlı xatirələrini bölüşüblər.Çıxış edən müəllimlər məzunların məktəblə daim əlaqə saxlamalarını yüksək dəyərləndiriblər.Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Sonda məzunlar məktəbin ərazisində ağac və gül kolları əkdilər. Tədbirin təşkilatçısı olan Aznar şirkəti tərəfindən təhsil ocağına hədiyyələr təqdim olundu.
Qeyd edək ki, 50 ildən sonra məzunlarla görüşü təşkil edən Azərbaycan rəngkarlığı kolleksiyasının yaradıcısı biznesmen, siyasətçi və mesenat,çoxmilyonlu sərvətin sahibi, incəsənətin hədsiz vurğunu Fərhad Əhmədovdur.  

Davud Tarverdiyev
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş