Şamaxı rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.FOTO

 Mayın 13-də Şamaxı rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Şəffaflıq.az bildirir ki,Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, kənd təsərrüfatında və sosial sahədə islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayaraq bu istiqamətdə mühüm işlər görüldüyünü, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd etmiş, turizmin inkişaf etdirilməsi məqsədilə rayonda əsaslı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri çıxışında ilin 3 ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, aparılan tikinti-quruculuq işləri, fevralın 5-də baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqları ilə aparılan işlərdən, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2019-ci ilin başlanğıcı Şamaxı rayonu üçün də uğurlu olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-ci ildə rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 2,2 milyon manat artaraq 87,5 milyon manat olub. İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi çoxalmışdır. Əhali 14,6 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 4,1 faiz artım əldə olunmuşdur. Orta aylıq əmək haqqı əvvəlki ilə görə 43 manat artaraq 351,3 manat təşkil edib.
Şamaxıda tarixi ənənələri olan üzümçülüyün yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilərək bu gün rayonda üzüm bağlarının sahəsinin 1730 hektara çatdırıldığı, yeni üzüm bağlarının salınması istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.
Çıxışının sonunda rayon rəhbəri aprelin 30-da keçirilən Nazirlər Kabinetinin iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəyini qeyd edib.
Məruzə ətrafında Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Orxan Vəliyev, RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahnəzər Qasımov, Şamaxı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov, Ağsu Regional Qaz İstismar İdarəsinin Şamaxı xidmət sahəsi üzrə rəis müavini Rauf Qasımov, rayon Məşğulluq Mərkəzinin direktoru Ceyhun Səmədov çıxış ediblər. Ümumilikdə 2019-cu ilin birinci rübünün yekunları rayon üçün müsbət qiymətləndirilib.
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasıyasının Ərazi-təşkilat şöbəsinin məsul əməkdaşı Qalib Əsgərov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər, əldə olunan nailiyyətlərdən danışıb, ölkənin inkişafı, əhalinin rifahı naminə aparılan sosial-iqtisadi islahatlar barədə geniş məlumat verib, dövlət başçısının tapşırıq və tövsiyələrini bir daha diqqətə çatdırıb.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş