Şamaxının fəxri olan Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən " Ölməz Nəsimi "adlı ədəbi - bədii kompozisiya keçirilib.-FOTO

Cənab prezident İlham Əliyevin verdiyi sərəncama əsasən 2019-cu il “Nəsimi” ili elan edilib. Sərəncama əsasən təhsil ocaqlarında ənənəvi olaraq tədbirlər qeyd edilməkdədir.
 Şəffaflıq.az   xəbər verir ki 10 aprel 2019-cu il tarixdə Şəhid Anar Babaşov  adına Şamaxı  rayon Şəhriyar qəsəbə tam orta məktəbində, Azərbaycanın böyük şairi və mütəfəkkiri, Şamaxının fəxri olan Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən " Ölməz Nəsimi "adlı ədəbi - bədii kompozisiya keçirilmişdir.
Tədbirdə ŞRTŞ - nin metodkabinetinin müdürü Ömərov Ağakərim, aparıcı mütəxəssisi Eyubova Nişanə, 9 saylı tam orta məktəbin məktəbdənkənar-sinifdənxaric işlər üzrə direktor müavini Daşdəmirova Mətanət və " Şəffaflıq"qəzetinin təsisçi və baş redaktoru İsmayılov Vahid iştirak etdiblər.

ŞRTŞ - nin metodkabinetinin müdürü Ömərov Ağakərim, çıxış edərək Nəsimi poeziyasının fəlsəfi qatlarından söz açıb, onun türk və fars dillərində yazdığı qəzəllərdən örnək gətirərək hürufi təliminin sirlərinə qısa bir səyahət etdi.
  
Rayon ŞRTŞ - nin metodkabinetinin müdürü Ömərov Ağakərim çıxışında əlavə olaraq bildirdi ki,Şəhid Anar Babaşov  adına Şamaxı  rayon Şəhriyar qəsəbə tam orta məktəbi təhsildəki uğurlarıyla yanaşı, həm də rayon  səviyyəli möhtəşəm tədbirləri ilə də yadda qalır. 
Tədbir şagirdlərin, ifasında ədəbi-bədii kompazisiya ilə davam edib. Kompazisiyada böyük şairin qəzəllərindən  istifadə edilib. Şagirdlər Nəsimi, Əmir Teymur, Şəms və digər rolları məharətlə oynayıblar.
Tədbirdən fotoları təqdim edirik.
























 
 Sonda xatirə şəkili çəkilib:

 Vahid İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}