Ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürdü.

 ADPU-ın Şəffaflıq.aza verdiyi məlumata görə.Martın 1-də “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürdü.
 Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görüldündən, universiada çərçivəsində cüdo yarışı Gəncədə təşkil edildi. Digər ali təhsil müəssisələri ilə yanaşı bu yarışda Azərbaycan Dövlət Pedaqoji Universiteti də iştirak edirdi. Mübarizə nəticəsində “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi”nin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil alan 1-ci(103 qrup) tədris ilin tələbəsi Bağırlı İlkin Vüqar oğlu 66 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə çalaraq fəxri kürsünün ən yüksək pilləsinə, I yerə layiq görülüb.
 
Alxas.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}